Titul həyəcanına son: Ferstappen F1-in gənc ulduzuna yol göstərdi
“Formula-1” üzrə dördqat dünya çempionu Maks Ferstappen çempionatda 81 xallıq üstünlüklə liderlik edən “Mercedes”in pilotu Andrea Kimi Antonelliyə titul mübarizəsinə görə narahat olmamağı və eyni ruhda yarışmağa davam etməyi məsləhət görüb.
TodayPress TV xəbər verir ki, bu barədə “RacingNews365” nəşri məlumat yayıb.
“Kimi sadəcə etdiyi işi görməyə davam etməlidir. Hər şey əladır, onda çox yaxşı alınır. Bu barədə həddindən artıq narahat olmağa dəyməz, baxmayaraq ki, məncə, o, heç narahat da olmur. O, sadəcə sabit nəticə göstərir, inamlı çıxış edir və getdikcə daha çox təcrübə toplayır. O, hələ də gəncdir və karyerasının həlledici başlangıcındadır, amma hazırda sadəcə uçur – hər şey istədiyi kimi alınır. Məhz buna görə də məsələləri mürəkkəbləşdirməyə ehtiyac yoxdur. O da bunu etmir. Ətrafında nəyə ehtiyacı olduğunu anlayan çoxlu yaxşı insanlar var. Beləliklə, hər şey mükəmməl gedir”, – deyə Ferstappen qeyd edib.
Namiq HUN