“Formula-1”də yeni dövrün başlanğıcı: Peres “Cadillac”ın infrastrukturu ilə hər kəsi heyran etdi

“Formula-1”də yeni dövrün başlanğıcı: Peres “Cadillac”ın infrastrukturu ilə hər kəsi heyran etdi
18.09.2026 10:34 İdman

“Cadillac”ın pilotu Serxio Peres komandanın yeni bazasını ziyarət edərək, 2026-cı il mövsümündə “Formula-1”də debüt edən kollektivin altyapı və infrastrukturunu yüksək qiymətləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə “RacingNews365” nəşri məlumat yayıb. 

“Biz komandanın bazasında olduq və bu, həqiqətən də çox heyranedicidir. Bütün karyeram ərzində belə bir şey görməmişdim. Sözün əsl mənasında çox təsiredicidir. Bütün bunları görmək mənim üçün çox xoş oldu. Mühəndislərlə və bu layihədə yer alan hər kəslə söhbət etdik, planları və digər məsələləri müzakirə etdik. Hər kəslə görüşmək və həmsöhbət olmaq çox xoş idi.

İlk növbədə hər şey yenidir: sahib olduqları avadanlıqlar, platformalar və müxtəlif şöbələrin bir-biri ilə neçə inteqrasiya olunması... Bu, hər şeyin çox yaxşı təşkil edildiyi yeni bir ev kimidir. Bütün bunları görmək həqiqətən fantastik idi”, – deyə Peres bildirib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
18 SENTYABR 2026
Bütün Xəbərlər