ABŞ İranın dəniz blokadasında 104 gəmini saxladı

ABŞ İranın dəniz blokadasında 104 gəmini saxladı
18.09.2026 08:47 Dünya

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın dəniz blokadasının bərpa edilməsindən sonra 104 ticarət gəmisinin saxlanıldığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, CENTCOM-un məlumatına görə, sentyabrın 17-dək ABŞ qüvvələri İran limanlarına gedən və ya oradan çıxan 104 gəmini qaydalara uyğunluğun yoxlanılması üçün yönləndirib.

ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarına və sahil ərazilərinə daxil olan və ya çıxan gəmilər üçün dəniz blokadasını 14 iyulda bərpa edib.

Bundan əvvəlki blokada rejimi aprelin 13-dən iyunun 18-dək qüvvədə olub. Həmin müddətdə ABŞ qüvvələri blokadaya əməl edən 142 gəmini yönləndirib, qaydalara tabe olmayan 9 gəmini sıradan çıxarıb.

Eyni zamanda, humanitar yardım daşıyan 50-dən çox kommersiya gəmisinin blokada zonasından keçməsinə icazə verilib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
18 SENTYABR 2026
Bütün Xəbərlər