Louson “Formula-1”də addım-addım zirvəyə: “Red Bull” rəhbərliyi razı qaldı

Louson “Formula-1”də addım-addım zirvəyə: “Red Bull” rəhbərliyi razı qaldı
18.09.2026 09:14 İdman

“Red Bull”un rəhbəri Loran Mekis Liam Lousonun 2025-ci il mövsümündə “Raysinq Buls”a qaytdıqdan sonra gözəçarpan dərəcədə irəliləyiş əldə etdiyini düşünür. 

TodayPress TV xəbər verir ki, bu barədə “PlanetF1” nəşri məlumat yayıb.

“Düşünürəm ki, o, çox yaxşı iş gördü. Başqa komandaya keçməyin, fərqli bolidə əyləşməyin nə qədər çətin olduğunu hamımız anlayırıq və zənnimcə, o, bunu gözləyə biləcəyimiz maksimum dərəcədə yaxşı etdi. Louson altıncı yeri tutaraq çox vacib xallar qazandı. O, eyni nəticəni Zandvortda da göstərdi. Montsada isə Niko Hülkenberqlə toqquşması və ön qanadın zədələnməsi olmasaydı, oxşar nəticəni əldə edə bilərdi. Düşünürəm ki, o, həqiqətən əla iş çıxardı. Bu, onun komandada çıxış etdiyi 2025-ci ilin ilk yarışları ilə müqayisədə tamamilə fərqli mənzərədir. Biz ona minnətdarıq və bu nəticədən razıyıq.

Məncə, o, bir pilot kimi inkişaf etməyə davam etdi və diqqətini tam cəmləyib. Bilmirəm xüsusi səy göstərir, yoxsa yox, amma o, komanda ilə ünsiyyətdə, eyni zamanda öz nəticələri və bolidin göstəriciləri üzərində işləyərkən sadəliyi qorumağı bacardı. Buna görə də diqqətini ən vacib məqamlara yönəldir. Əsas amillər üzərində düzgün işləməyə çalışır və təbii ki, bu da ona nəticə gətirir. Sükan arxasında daha çox vaxt keçirdikcə, bəlkə də işində daha yüksək ustalıq səviyyəsinə çata biləcək. Amma bəli, düşünürəm ki, bu yanaşma çox, çox, çox uğurlu oldu”, – deyə Mekis bildirib.

Xatırladaq ki, yeni zelandiyalı pilot “Red Bull”da əli zədələnən İsak Hacarı əvəzləyir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
18 SENTYABR 2026
Bütün Xəbərlər