Polşa Ukraynada muzdlu ordusu yaratmır, amma...
Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış Ukraynada Rusiya ilə müharibədə Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşən polşalı muzdlularla bağlı açıqlama verib.
TodayPress TV xəbər verir ki, nazir Varşavanın öz muzdlularından “Beynəlxalq legion” yaratdığı barədə məlumatları təkzib edib.
Jurnalistlər brifinq zamanı nazirdən Polşanın öz muzdlularından sözügedən “Beynəlxalq legion”u yaratması ilə bağlı məlumatın doğru olub-olmadığını soruşublar.
“Bu, doğru deyil. Polşa belə bir fəaliyyətdə iştirak etmir. Əgər kimsə könüllü şəkildə Ukraynaya gedibsə, bu, onun öz qərarıdır”, – Kosinyak-Kamış bildirib.
Bununla yanaşı, nazir Ukraynada döyüşən polşalı muzdluların bundan sonra öz ölkələrində tibbi yardım ala biləcəklərini qeyd edib. Onun sözlərinə görə, bununla bağlı qərar Polşa parlamentində yekdilliklə qəbul edilib.
Qiymət Mahir