Peskov: “Putin və Ərdoğan daim və məzmunlu şəkildə ünsiyyətdədir”
Dünya
12.12.2025 16:48
“Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında daimi və predmetli ünsiyyət mövcuddur”.
TodayPress TV xəbər verir ki, bunu “RİA”ya açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, nə Putin, nə də Ərdoğan ünsiyyət çatışmazlığından əziyyət çəkir və liderlər mütəmadi olaraq bir-biri ilə əlaqə saxlayırlar.
Peskov bildirib ki, Rusiya–Türkiyə münasibətlərinin çoxşaxəli və diversifikasiya olunmuş xarakteri iki ölkəyə üçüncü tərəflərin təzyiqlərinə davam gətirməyə imkan verir.
Kremlin sözçüsü əlavə edib ki, dekabrın 12-də baş tutan görüşdə liderlər Ukraynadakı vəziyyətlə bağlı qiymətləndirmələrini bölüşüb, həmçinin regional və qlobal prosesləri müzakirə ediblər.
Danışıqlar iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilib və təxminən 40 dəqiqə davam edib.
Qiymət Mahir
tag: Rusiya,Peskov,Putin,Ərdoğan,Todaypress.tv,
