Putin haqqında elə sözlər dedi ki… - ABŞ də susdura bilmədi

Putin haqqında elə sözlər dedi ki… - ABŞ də susdura bilmədi
30.10.2026 19:59 Dünya

Estoniyanın Baş naziri Kristen Mixal Rusiyaya qarşı sərt ritorikasını yumşaltmaq niyyətində olmadığını bildirib.

TodayPress TV xəbər verir ki, Mixal bu barədə “Delfi” nəşrinə açıqlamasında danışıb.

Baş nazirin sözlərinə görə, Pentaqonun Baltikyanı ölkələrdən Rusiya ilə bağlı bəyanatlarında daha təmkinli olmağı xahiş etdiyinə dair məlumatlara baxmayaraq, Estoniya mövqeyini dəyişməyəcək.

“Ən böyük müttəfiqimiz bizdən təmkinli olmağı istəyir. Baxın, hansı vəziyyətə düşmüşük. Mən özümü məhdudlaşdırmaq fikrində deyiləm. Putin qadınları və uşaqları öldürən diktatordur”, – deyə Mixal vurğulayıb.

O, şəxsən ABŞ tərəfindən belə bir xahiş almadığını da qeyd edib.

Baş nazirin fikrincə, diktatorlara yaltaqlanmaq cəhdləri sonda alçaldılma və azadlığın itirilməsi ilə nəticələnir.

Mixal əlavə edib ki, Baltikyanı ölkələrin açıq və sərt mövqeyi Moskvanı qıcıqlandırır. O, qarşıdan gələn qışın Ukrayna üçün ağır keçəcəyini də bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər