Rusiya dizel bazarını silkələməyə hazırlaşır - Novakdan XƏBƏRDARLIQ

Rusiya dizel bazarını silkələməyə hazırlaşır - Novakdan XƏBƏRDARLIQ
30.10.2026 20:26 Dünya

Rusiya hökuməti oktyabr ayında 510 min ton dizel yanacağının ixracına icazə verib. Noyabr üçün isə daha böyük həcmdə ixrac planlaşdırılır.

TodayPress TV xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak açıqlayıb.

Onun sözlərinə görə, hökumət dizel yanacağının xarici bazarlara tədarükünü artırmaq istiqamətində hazırlıq işləri aparır.

Novak eyni zamanda xəbərdarlıq edib ki, Rusiyanın neft emalı zavodlarına (NEZ) edilən hücumlar dünya bazarına dizel yanacağının tədarükünə mənfi təsir göstərə bilər.

Kübra Musayeva

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər