Pekindən rəsmi ETİRAZ: Çin və Rusiya arasındakı əməkdaşlığa müdaxilə etməyin!

Dünya

06.05.2026 23:02

Pekin Londonun Çin müəssisələrinə qarşı tətbiq etdiyi sanksiyalarla əlaqədar Böyük Britaniyaya rəsmi etiraz ünvanlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tsian Pekində keçirilən mətbuat konfransı zamanı bildirib.

"Çin beynəlxalq hüquqa söykənməyən və ya BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan tətbiq edilən qanunsuz birtərəfli sanksiyalara ardıcıl olaraq qarşı çıxıb. Britaniyanın bu hərəkətlərindən kəskin narazılığını ifadə edən tərəfimiz rəsmi etirazını bildirib", - deyə qeyd olunub.

Xatırladaq ki, Böyük Britaniya Rusiyaya dron hissələri və kritik hərbi mallar tədarük etməkdə günahlandırılan, aralarında Tayland və Çinin də olduğu üçüncü ölkələrdə yerləşən 35 fiziki və hüquqi şəxsə qarşı yeni sanksiyalar tətbiq edib.

Lin qeyd edib ki, Pekin Ukrayna böhranı ilə bağlı sülh danışıqlarını təşviq etməyə və ikili təyinatlı malların ixracına ciddi nəzarət etməyə sadiqdir:

"Çin və Rusiya arasındakı normal mübadilə və əməkdaşlığa müdaxilə edilməməli və buna təsir göstərilməməlidir".

Aysel Mətləb

TodayPress TV

tag: Çin,Rusiya,Britaniya,Sanksiya,TodayPress TV,