Pekin və Vaşinqton arasında buzlar əriyir? - Yeni görüşlərə hazırlıq başladı

Pekin və Vaşinqton arasında buzlar əriyir? - Yeni görüşlərə hazırlıq başladı
17.09.2026 19:45 Dünya

ÇXR Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasındakı təmaslar Çin-ABŞ münasibətlərinin çıxış nöqtəsi rolunu oynayır.

TodayPress TV xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəhbəri Van İ ABŞ Dövlət katibi Marko Rubio ilə söhbətində bildirib.

"Bir müddətdir ki, Çin və ABŞ arasındakı münasibətlər ümumilikdə hər iki dövlət başçısının müəyyən etdiyi konstruktiv strateji sabitlik xətti üzrə inkişaf edir ki, bu da beynəlxalq birliyin gözləntilərinə cavab verir. Ali səviyyəli diplomatiya Çin və ABŞ arasındakı münasibətlərdə çıxış nöqtəsidir", - deyə Van İ vurğulayıb.

Onun sözlərinə görə, ÇXR və ABŞ hakimiyyət orqanları yüksək səviyyəli təmasların yeni mərhələsinə hazırlaşmalıdırlar:

"Hər iki tərəf bərabərlik, hörmət və qarşılıqlı fayda prinsipini rəhbər tutaraq yüksək səviyyəli təmasların növbəti mərhələsinə hazırlaşmalıdır".

Van İ həmçinin qeyd edib ki, Çin və ABŞ hakimiyyət orqanları beynəlxalq birliyə strateji sabitlik münasibətləri qurmaq niyyətində olduqlarına dair siqnal verməlidirlər.

Aysel Mətləb

XƏBƏR LENTİ
17 SENTYABR 2026
Bütün Xəbərlər