Pekin bu dəfə Putini qəbul etməyə hazırlaşır - KREML AÇIQLADI

Dünya

14.05.2026 17:19

Rusiya prezidenti Vladimir Putinin yaxın günlərdə Çinə səfəri planlaşdırılır.

TodayPress TV xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.

Peskov bildirib ki, səfərin dəqiq tarixləri yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, hazırda Donald Tramp da Çində səfərdədir. Trampın səfəri fonunda Putinin Çinə planlaşdırılan səfəri beynəlxalq ictimaiyyətdə böyük maraq doğurub.

Nicat Osmanlı

TodayPress TV

tag: Rusiya,Putin,Çin,Səfər,Todaypress.tv,