Paşinyan: "Qara qəpiyim də yoxdur, amma evliyəm..."

Dünya

14.05.2026 14:22

Ermənistan Baş naziri Nikol Paşinyan Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi əmlak və gəlir bəyannaməsində özünün daşınmaz əmlakı və nəqliyyat vasitələrinin olmadığını bildirib.

TodayPress TV Ermənistan KİV-ə istinadən xəbər verir ki, sənədə əsasən, o, İcevanda ortaq sahib olduğu bir mənzili daşınmaz əmlak kimi göstərib və digər hər hansı əmlak və ya avtomobilə sahib olmadığını qeyd edib. 

Bəyannaməyə görə, Paşinyanın son bir il ərzində əldə etdiyi gəlir əsasən əməkhaqqı, vergi geri ödənişləri, rəhbərlik etdiyi Vətəndaş Sazişi Partiyasından daxilolmalar və “Zayed İnsan Qardaşlığı Mükafatı Komitəsi”ndən aldığı vəsaitdən ibarət olub. Ümumi illik gəlirin təxminən 222 milyon dram olduğu bildirilir.

Maliyyə göstəricilərinə əsasən, onun bank hesabında 4 milyon 18 min dram, 700 min dram nağd pul və 800 ABŞ dolları məbləğində vəsait olduğu qeyd edilib.

Bəyannamədə diqqət çəkən məqamlardan biri də Paşinyanın ailə vəziyyətinin “evli” kimi göstərilməsidir. Lakin onun Anna Hakobyan ilə rəsmi nikah qeydiyyatının olmadığı bildirilir. 

Jalə Rövşən 

TodayPress TV

tag: Nikol Paşinyan ,Ermənistan ,Mərkəzi Seçki Komissiyası, Anna Hakobyan ,Todaypress.tv,