Papanın üzünə qəribə əşya atdılar, mühafizəçilər hərəkətə keçdi - VİDEO

Papanın üzünə qəribə əşya atdılar, mühafizəçilər hərəkətə keçdi - VİDEO
17.11.2026 09:54 Dünya

Perunun paytaxtı Limada Papa XIV Leon izdihamdan ona tərəf atılan təsbehin zərbəsinə tuş gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə Reuters yazıb.

Hadisə pontifikin 12 günlük Cənubi Amerika səfərinin sonunda vida mərasiminə qatılmaq üçün xüsusi avtomobillə (papamobillə) hərəkət etdiyi zaman baş verib. İzdihamdan atılan və təsbeh olduğu ehtimal edilən əşya onun sağ gözünün altına dəyib. Papa zərbədən sonra üzünü tutaraq gözünü ovuşdursa da, hərəkətini davam etdirib.

Maraqlıdır ki, Papa Leon əvvəllər izdihamdan ona atılan müxtəlif əşyaları, o cümlədən yumşaq oyuncaqları və bayraqları havada tutmağı bacarması ilə diqqət çəkirdi. Hətta Romada keçirilən tədbirlərdən birində ona pizza da təqdim edilmişdi. Lakin bu dəfə onun uğurlu seriyası başa çatıb.

Vatikanın təhlükəsizlik əməkdaşları izdihamdan atılan əşyaların pontifikin təhlükəsizliyi üçün risk yaratdığını dəfələrlə narahatlıq doğuran məqam kimi qiymətləndiriblər. Hadisədən sonra Papa Leonun xəsarət aldığına dair məlumat yayılmayıb. O, vida mərasimini planlaşdırıldığı kimi davam etdirib.

Jalə Rövşən 
XƏBƏR LENTİ
22 NOYABR 2026
Bütün Xəbərlər