"O, hazırda qitənin ən güclüsüdür" - Marko Rubio hansı ölkədən danışdı?
Dünya
14.05.2026 21:38
Ukrayna Silahlı Qüvvələri Rusiyanın resurs baxımından böyük üstünlüyünə baxmayaraq, döyüş təcrübəsi və Qərb dəstəyi sayəsində Avropanın ən qüdrətli ordusuna çevrilib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, Ukrayna hazırda qitənin ən döyüşkən və hazırlıqlı silahlı qüvvələrinə sahibdir. Dövlət katibi vurğulayıb ki, bu status iki əsas amilin — real döyüş əməliyyatlarında qazanılmış nəhəng təcrübənin və tərəfdaşlardan alınan sistemli hərbi yardımın vəhdəti nəticəsində əldə edilib.
"Aydın şəkildə qeyd etmək lazımdır ki, Ukrayna Silahlı Qüvvələri hazırda bütün Avropada ən güclü və ən qüdrətli ordudur. Əlbəttə ki, bu, böyük dərəcədə alınan yardım sayəsində mümkün olub, lakin eyni zamanda qazanılmış döyüş təcrübəsinin nəticəsidir", - deyə Rubio vurğulayıb.
Aysel Mətləb
tag: Ukrayna,Ordu,Rubio,Rusiya,TodayPress TV,
