Nigerdə ümumi səfərbərlik haqqında fərman layihəsi təsdiqləndi

Dünya

27.12.2025 14:19

Niger Prezidenti Əbdürəhman Çianinin sədrliyi ilə keçirilən Nazirlər Şurasında ümumi səfərbərlik haqqında fərman layihəsi təsdiqlənib.

TodayPress TV xəbər verir ki, bu barədə "Actu Niger" xəbər portalı məlumat yayıb.

Fərman layihəsində qeyd olunur ki, sənəd ölkənin ərazi bütövlüyünü və suverenliyini qorumaq, əhalini, dövlət qurumlarını və milli maraqları daxili və xarici təhdidlərdən müdafiə etmək məqsədi daşıyır. Layihə ümumi səfərbərliyin təşkili və keçirilməsi qaydasını müəyyən edir.

Sənədə əsasən, bütün vətəndaşlar səfərbərliklə bağlı tələblərə, o cümlədən çağırış əmrlərinə dərhal əməl etməlidirlər. Fərman eyni zamanda ordunun ehtiyacları üçün maddi ehtiyatların və nəqliyyat vasitələrinin cəlb edilməsini də nəzərdə tutur.

Fərmanın qüvvəyə minməsi üçün prezident tərəfindən imzalanmalı və Niger Respublikasının Rəsmi Qəzetində dərc olunmalıdır. Hazırda Niger Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı təxminən 40 min nəfərdir və hakimiyyət 2026-cı ilə qədər bu rəqəmi 100 minə çatdırmağı planlaşdırır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Niger,Səfərbərlik,Fərman,Vətəndaş,Todaypress.tv,