Netanyahu Vaşinqtonla təmasda: İsrail ABŞ-İran razılaşmasından narahatdır
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-İran danışıqlarındakı son vəziyyət barədə məlumat almaq məqsədilə Tramp administrasiyasının rəsmiləri ilə danışıqlar aparır.
TodayPress TV xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Məlumata görə, İsrail tərəfi ABŞ-nin saziş əldə etmək üçün, xüsusilə İrana qarşı sanksiyaların yumşaldılması məsələsində son anda güzəştlərə gedə biləcəyindən narahatdır.
Aysel Mətləb