NATO üçün yeni təhlükə? - Baltikdə dron insidentləri narahatlıq yaradır
Dünya
15.05.2026 20:27
Baltikyanı regionda son vaxtlar baş verən dron insidentləri regional hazırlıqdakı boşluqları üzə çıxarıb.
TodayPress TV xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb "LRT"yə verdiyi müsahibədə danışıb
O, yaranmış vəziyyəti Ukraynanın Rusiya ilə müharibəsi ilə bağlı bir "paradoks" kimi xarakterizə edib:
"Paradoks ondadır ki, bizdə Ukrayna dronları var, lakin onlardan necə müdafiə olunmağı elə ukraynalıların özündən öyrənməliyik".
Prezidentin bu açıqlamaları mayın əvvəlində bir neçə Ukrayna pilotsuz uçuş aparatının (PUA) Finlandiya hava məkanına daxil olması barədə məlumatlardan sonra verilib.
Stubb bu insidentləri "ciddi narahatlıq doğuran məsələ" kimi qiymətləndirsə də, dəyən zərərin məhdud olduğunu bildirib. O əlavə edib ki, Ukrayna tərəfi daha sonra bu hadisələrin qəsdən törədilmədiyini və GPS siqnallarının boğulması ilə bağlı olduğunu açıqlayıb.
Stubb, həmçinin NATO çərçivəsində daha güclü koordinasiyaya və müasir müdafiə sistemlərinə, o cümlədən PUA və raketdən müdafiə imkanlarına investisiyaların artırılmasına ehtiyac olduğunu vurğulayıb.
Aysel Mətləb
tag: Finlandiya,PUA,Ukrayna,Rusiya,TodayPress TV,
