Moskva vuruldu, azərbaycanlı milyarderin obyektinə zərər dəydi

Moskva vuruldu, azərbaycanlı milyarderin obyektinə zərər dəydi
18.06.2026 09:09 Dünya

Rusiyanın paytaxtı Moskvada Ukraynaya məxsus olduğu bildirilən pilotsuz uçuş aparatının vurulmasından sonra qalıqlar “Sadovod” ticarət mərkəzinin binalarından birinin üzərinə düşüb.

TodayPress TV xəbər verir ki, hadisə nəticəsində ərazidə yanğın baş verdiyi bildirilir.

Yanğının söndürülməsi üçün əraziyə fövqəladə xidmət əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, insident zamanı xəsarət alanlar barədə rəsmi məlumat verilməyib. Hadisənin təfərrüatları araşdırılır.

Qeyd edək ki, “Sadovod” ticarət mərkəzi azərbaycanlı iş adamı Qod Nisanov ilə əlaqələndirilən iri ticarət obyektlərindən biri kimi tanınır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUN 2026
Bütün Xəbərlər