Momeni: "İran əhalisi kəskin azala bilər"

Dünya

27.12.2025 16:54

"Əhali sayının azalması ilə bağlı mövcud tendensiya davam edərsə, İranın əhalisi 2101-ci ilə qədər 40 milyondan az ola bilər".

TodayPress TV xəbər verir ki, bu barədə İranın daxili işlər naziri İskəndər Momeni dekabrın 27-də Tehranda keçirilən tədbirdə bildirib.

Nazirin sözlərinə görə, əhali azalması ölkə üçün ən böyük təhlükələrdən biridir və bu proses İran üçün ciddi böhran, hətta faciə yarada bilər. O vurğulayıb ki, vəziyyətə vaxtında müdaxilə edilməli və azalma tempinin qarşısı alınmalıdır.

Momeni qeyd edib ki, Vətəndaşların Vəziyyətinin Qeydiyyatı Təşkilatı universitet mərkəzləri ilə birgə bu sahədə araşdırmalar aparmalı və demoqrafik böhranın qarşısını almaq üçün konkret tədbirlər hazırlanmalıdır.

Hazırda İranın əhalisi 86 milyondan çoxdur.

Türkan İsgəndərli

TodayPress TV

tag: İran,Əhali,Tendensiya,Vətəndaş,Todaypress.tv,