Milyonlarla insan Almaniyanı tərk etdi - Səbəb nədir?
2025-ci ildə 1,24 milyondan çox insan Almaniya ərazisini tərk edib.
TodayPress TV xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsinin rəsmi məlumatlarında bildirilir.
Qurumun məlumatına görə, Almaniyadan kütləvi mühacirət dalğası həm yerli əhalini, həm də digər Aİ ölkələrinin vətəndaşlarını əhatə edib. 2025-ci ildə rekord sayda – 288,5 min alman ölkəni tərk edib.
Ümumilikdə, qurum 494 min Avropa İttifaqı vətəndaşının və təxminən eyni sayda (461 min) digər ölkələrin nümayəndələrinin ölkədən getdiyini qeydə alıb. Bu göstərici üzrə ilk yerləri Rumıniya və Ukrayna tutub – müvafiq olaraq, təxminən 173 min və 97 min vətəndaşı Almaniyanı tərk edib.
Aysel Mətləb