"Məqsədimiz birdir" – Netanyahu Tramp ilə növbəti danışığını aparacaq

Dünya

06.05.2026 22:20

İsrailin Baş naziri Benyamin Netanyahu mayın 6-sı axşam saatlarında ABŞ lideri Donald Tramp ilə telefon danışığı aparmağı planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə o, təhlükəsizlik məsələləri üzrə dar tərkibli kabinetin iclasının əvvəlində bəyan edib.

"Biz Birləşmiş Ştatlardakı dostlarımızla daimi təmasdayıq. Bu axşam Prezident Tramp ilə danışacağam", - deyə Baş nazir bildirib.

Netanyahu qeyd edib ki, o, Tramp ilə "demək olar ki, hər gün” danışır:

"Mənim adamlarım və onun adamları hər gün, o cümədən bu gün də danışırlar. Bizdə tam koordinasiya mövcuddur, heç bir gözlənilməz məqam yoxdur".

Netanyahunun sözlərinə görə, ABŞ və İsrailin ümumi məqsədləri var və ən vacib məqsəd bütün zənginləşdirilmiş uranın İrandan çıxarılması və İranın uranı zənginləşdirmə imkanlarının ləğv edilməsidir.

Aysel Mətləb

TodayPress TV

tag: Netanyahu,Tramp,İran,İsrail,TodayPress TV,