“Mənim sazişim nüvə silahına qarşı bir divardır” – ABŞ liderindən İrana mesaj

“Mənim sazişim nüvə silahına qarşı bir divardır” – ABŞ liderindən İrana mesaj
17.06.2026 18:45 Dünya

ABŞ Pezidenti Donald Tramp İranın anlaşma memorandumunu imzalamaq istədiyinə inandığını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, jurnalistlərin suallarını cavablandırarkən danışıb.

"Məsələ sazişlərə gəldikdə heç vaxt əvvəlcədən bilmək olmur. Amma tezliklə öyrənəcəksiniz. Məncə, bu iş baş tutacaq. Onlar imzalamaq, normal həyata qayıtmaq istəyirlər", - deyə ABŞ lideri vurğulayıb.

Tramp əlavə edib ki, müqavilə “çox güclü” bir sənəddir:

"Bu, sadəcə iki paraqrafdan ibarət bir şey deyil. Bu, adi bir müqaviləyə çevriləcək uzun, kifayət qədər təfərrüatlı bir memorandumdur. Hesab edirəm ki, onlar bunu edəcəklər, etməsələr də, eybi yoxdur. Prosesə yenidən başlamalı olacağıq".

Ağ Ev lideri, həmçinin İranın heç vaxt nüvə silahına sahib olmayacağı barədə tezisini bir daha təkrarlayıb:

"Mənim sazişim nüvə silahına qarşı bir divardır. 47 il ərzində İran dünyadan öz xeyrinə istifadə etdi. Heç kim heç bir şey etmədi".

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər