Memorandumun imzalandı - ABŞ və İran arasında müharibə bitdi?
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İran və ABŞ arasında münaqişəyə son qoyulmasını nəzərdə tutan memorandumun imzalandığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, Bəqainin sözlərinə görə, sənəd elektron şəkildə imzalanıb və mətn artıq tam hazırdır.
O bildirib ki, memorandumun İran Prezidenti Məsud Pezeşkian və ABŞ Prezidenti Donald Tramp tərəfindən təsdiqlənməsi nəzərdə tutulur.
Diplomat qeyd edib ki, dövlət başçıları tərəfindən imzalanan sənədlərin pozulmasının siyasi baxımdan daha ağır nəticələri olur.
Ağ Ev də Donald Trampın Fransanın Versal şəhərində memorandum imzaladığını əks etdirən görüntülər yayıb. Kadrlarda ABŞ dövlət katibi Marko Rubionun sənədi Trampa təqdim etdiyi görünür.
Məlumata görə, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başladığı hərbi əməliyyatlar zamanı 3 mindən çox insan həlak olub. Münaqişə nəticəsində Hörmüz boğazında gəmi hərəkəti ciddi şəkildə məhdudlaşıb, bu isə bir sıra ölkələrdə yanacaq qiymətlərinin artmasına səbəb olub.
Hərbi əməliyyatların dayanmasından sonra tərəflər danışıqlara başlayıblar. İyunun 15-də isə İran və ABŞ münaqişənin başa çatması ilə bağlı memorandumun tamamlandığını təsdiqləyiblər.
Türkan İsgəndərli