Marko Rubio Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər etdi
ABŞ dövlət katibi Marko Rubio Birləşmiş Ştatlar Prezidenti Donald Trampın təklif etdiyi Qəzza zolağında sülh planını müzakirə etmək üçün İsrailə səfər edib.
TodayPress TV-nin məlumatına görə, bu barədə Rubio "X" sosial şəbəkəsində yazıb.
"Amerikanın İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqliyini bir daha təsdiqləmək, Prezident Trampın tarixi sülh planını həyata keçirmək üçün tərəfdaşlarla danışıqlar aparmaq, həmçinin Yaxın Şərqdə davamlı sülh və inteqrasiya istiqamətində əldə edilən irəliləyişi gücləndirmək üçün İsrailə gəlmişəm", - o yazıb.
HƏMAS və İsrail daha əvvəl Qəzza zolağı üzrə sülh planını təsdiqləyiblər. Atəşkəs oktyabrın 10-da qüvvəyə minib.