Livanın Baş naziri: "İsrail ilə normallaşma deyil, sülh axtarışındayıq"

Dünya

06.05.2026 22:06

Livanın Baş naziri Nəvaf Salam ölkəsinin İsrail ilə münasibətləri normallaşdırmağa deyil, sülhə nail olmağa çalışdığını bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb.

Salam İsrailin Baş naziri Benyamin Netanyahu ilə hər hansı mümkün görüş barədə danışmağın "vaxtından əvvəl" olduğunu vurğulayıb:

"İsrail tərəfi ilə hər hansı yüksək səviyyəli görüş ciddi hazırlıqlar tələb edir. Livan İsrail ilə normallaşma deyil, sülh axtarışındadır".

O həmçinin qeyd edib ki, bu, Livanın İsrail ilə birbaşa danışıqlara daxil olduğu ilk hal deyil.

Baş nazir əlavə edib ki, atəşkəsin möhkəmləndirilməsi Vaşinqtonda keçirilə biləcək hər hansı yeni danışıqlar raundu üçün əsas təşkil edəcək, lakin mövcud şərait yüksək səviyyəli görüşləri müzakirə etmək üçün hələ kifayət qədər yetkinləşməyib.

Aysel Mətləb

TodayPress TV

tag: İsrail,Livan,Nəvaf Salam,Benyamin Netanyahu,TodayPress TV,