Litvada şarlar hava limanlarına böyük ziyan vurdu
Dünya
27.12.2025 16:19
Litva Vilnüs, Kaunas və Palanqa beynəlxalq hava limanları meteoroloji hava şarları vasitəsilə həyata keçirilən siqaret qaçaqmalçılığı səbəbindən təxminən 940 min ABŞ dollarından çox zərər görüb.
TodayPress TV xəbər verir ki, bu barədə Litva Hava Limanları (Lietuvos Oro Uostai) məlumat yayıb.
Bildirilib ki, ilin əvvəlindən bəri icazəsiz hava şarlarının uçuşları hava limanlarının müvəqqəti bağlanmasına səbəb olub. Bu isə aviaşirkətlərə, yerüstü xidmət şirkətlərinə və digər tərəfdaşlara ciddi maliyyə itkiləri yaradıb. Təkcə payızın son iki ayı ərzində dəymiş zərər təxminən 235 min ABŞ dolları təşkil edib.
Xatırladaq ki, noyabrın 20-də Vilnüs hava limanı səmada naməlum obyektlərin aşkarlanması səbəbindən bağlanıb. Daha əvvəl, noyabrın 11-də isə qaçaqmal malları daşıyan hava şarları üzündən bir neçə təyyarə Vilnüsə enə bilməyib, Kaunas və Riqa hava limanlarına yönləndirilib.
Türkan İsgəndərli
tag: Litva,Hava şarı,Hava limanı,Ziyan,Todaypress.tv,
