Litva Ottava Konvensiyasından rəsmi olaraq çıxdı
Dünya
27.12.2025 15:34
Litva Piyada Əleyhinə Minaların Qadağan Edilməsi Haqqında Beynəlxalq Konvensiyadan (Ottava Konvensiyası) rəsmi şəkildə çıxıb.
TodayPress TV xəbər verir ki, bu barədə Baltik Xəbər Xidməti (BNS) məlumat yayıb.
Bildirilir ki, Litva bu barədə BMT-nin Baş katibinə məlumat verdikdən altı ay sonra, dekabrın 27-də qərar qüvvəyə minib.
Litvanın Müdafiə Nazirliyi daha əvvəl piyada əleyhinə minaların alınması və ya istehsalı imkanlarının müzakirə ediləcəyini açıqlayıb. Konvensiyadan çıxmaqla Litva bu növ silahların ehtiyatının yaradılması və istehsalı imkanını əldə edib.
Qeyd edək ki, Ottava Konvensiyası piyada əleyhinə minaların istehsalını, saxlanmasını və ötürülməsini qadağan edir. Mart ayında Latviya və Estoniya, iyun ayında isə Ukrayna bu konvensiyadan çıxdıqlarını elan etmişdilər. Daha sonra Finlandiya da oxşar qərar qəbul edib.
Türkan İsgəndərli
tag: Litva,Mina,Ottava,Konvensiya,Todaypress.tv,
