Kubada enerji böhranı dərinləşir – BMT yardım yolları axtarır

Kubada enerji böhranı dərinləşir – BMT yardım yolları axtarır
16.05.2026 02:00 Dünya

BMT humanitar məqsədlərlə Kubaya neft tədarükü üzrə danışıqlar aparır.

TodayPress TV xəbər verir ki, bu barədə onlayn brifinqdə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin nümayəndəsi Edem Vosornu bildirib.

"Ölkə boyu humanitar yardımın çatdırılması məqsədilə yanacağın daxil olmasını təmin etmək üçün BMT tərəfindən söhbətlər və müzakirələr aparılır", - deyə o vurğulayıb.

Vosornunun sözlərinə görə, kəskin yanacaq qıtlığı humanitar yardımın çatdırılmasını məhdudlaşdırır, halbuki ona ehtiyac sürətlə artır.

Qeyd edək ki, Kuba Prezidenti Miqel Dias-Kanel adada enerji böhranının "xalqı girov götürməyə və onu öz hökumətinə qarşı qaldırmağa" yönəlmiş Vaşinqton administrasiyası tərəfindən iqtisadi blokadanın sərtləşdirilməsi səbəbindən kəskinləşdiyini bəyan edib.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUL 2026
Bütün Xəbərlər