Kreml Türkiyənin Rusiya aktivləri ilə bağlı mövqeyini açıqladı

Dünya

12.12.2025 17:05

“Türkiyədə hesab edirlər ki, Avropa ölkələrinin Rusiya aktivlərinin müsadirəsi ilə bağlı cəhdləri beynəlxalq maliyyə sisteminin əsaslarını və prinsiplərini sarsıda bilər”.

TodayPress TV "RİA"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. 

Onun sözlərinə görə, bu mövqedə Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıqlar zamanı ortaq mövqeyə gəliblər.

Peskov bildirib ki, tərəflər Avropa ölkələrinin bu cür addımlarının faktiki olaraq Bretton-Vuds sisteminin və ümumilikdə beynəlxalq maliyyə sisteminin bütün əsas prinsiplərinin pozulmasına gətirib çıxara biləcəyi qənaətindədirlər.

Kreml sözçüsü əlavə edib ki, Rusiya və Türkiyə liderləri daim əlaqə saxlayırlar və Rusiya–Türkiyə münasibətlərinin şaxələndirilmiş xarakteri üçüncü ölkələrin təzyiqlərinə qarşı dayanıqlılığı təmin edir.

Qiymət Mahir

tag: Türkiyə,Rusiya,Avropa ,Putin ,Todaypress.tv,