Konqresdə Ukraynaya hərbi yardım üçün lazımi səs toplandı
ABŞ Nümayəndələr Palatasında Ukraynaya 1,3 milyard dollar məbləğində hərbi yardımın ayrılmasını nəzərdə tutan qanun layihəsinin səsverməyə çıxarılması üçün kifayət qədər imza toplanıb.
TodayPress TV xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Qanun layihəsinə baxılması, adətən respublikaçılarla birlikdə səs verən müstəqil konqresmen Kevin Kaylinin dəstəyi sayəsində mümkün olub. O, sənədin səsverməyə çıxarılması üçün petisiyanı imzalayan 218-ci konqresmen olub.
Aysel Mətləb