Kiyevə 500 milyon avro: Vəsaitin yarısı dronların alınmasına xərclənəcək
Niderland Ukraynaya 500 milyon avro dəyərində yeni hərbi yardım paketi təqdim edəcək və bunun yarısı Niderland hərbi-sənaye kompleksinin müəssisələrindən pilotsuz uçuş aparatlarının (PUA) satın alınmasına yönəldiləcək.
TodayPress TV xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Dilan Yeşilgöz-Zegerius məlumat yayıb.
"Ukraynalılar üçün hava hücumundan müdafiə hazırda hər zamankından daha vacibdir", - deyə o qeyd edib.
Nazirin sözlərinə görə, 250 milyon avro Niderland istehsalçılarından dronların alınmasına yönəldiləcək. Digər 250 milyon avro isə Kiyev hakimiyyətinə silah tədarükünün maliyyələşdirildiyi Amerikanın "Prioritised Ukraine Requirements List" (PURL) proqramında iştiraka ayrılacaq.
Nəşrin mənbələrinin məlumatına görə, bu vəsait hesabına HHM (Hava Hücumundan Müdafiə) sistemləri üçün raketlərin, "F-16" qırıcıları üçün sursatların, həmçinin pilotsuz sistemlərin alınması nəzərdə tutulur.
Aysel Mətləb