Kiyev sükuta bürünür - Matəm elan edildi

Kiyev sükuta bürünür - Matəm elan edildi
14.05.2026 17:51 Dünya

Ukraynanın paytaxtı Kiyevdə matəm günü çərçivəsində şəhərdə dövlət bayraqları yarıya endiriləcək, həmçinin bütün əyləncə və kütləvi ictimai tədbirlərin keçirilməsi dayandırılacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko 15 may tarixinin paytaxta edilən genişmiqyaslı hücumun qurbanlarının xatirəsinə matəm günü elan olunduğunu açıqlayıb.

Məlumata görə, hücum nəticəsində 7 nəfər həlak olub. Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatları davam etdirilir və dağıntılar altından insanların çıxarılması istiqamətində işlər görülür.

Nicat Osmanlı

TodayPress TV

XƏBƏR LENTİ
09 IYUL 2026
Bütün Xəbərlər