Kim Çen In sursat istehsalını artırmağa çağırdı
Dünya
26.12.2025 14:39
Şimali Koreya lideri Kim Çen In 2026-cı ilə qədər sursat və raket istehsalı planlarının artırılmasının vacibliyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Nəşrin məlumatına görə, Kim Çen In, dövlət silahlı qüvvələrinin raket və artilleriya bölmələrinə gözlənilən tələbata uyğun olaraq, inkişaf perspektivlərinə əsaslanaraq 2026-cı il üçün istehsal planının artırılmasının zəruriliyini qeyd edib.
"Buna nail olmaq üçün əlaqəli istehsal müəssisələrinin texniki bazasını gücləndirmək və ümumi istehsal gücünü genişləndirmək lazımdır", - deyə lider bildirib.
O qeyd edib ki, gələcəkdə sursata olan tələbatı ödəmək üçün yeni hərbi-sənaye müəssisələri yaradılmalıdır. Bunlarla bağlı qərar partiyanın qarşıdan gələn qurultayında veriləcək.
Aysel Mətləb
tag: Kim Çen In, Şimali Koreya,Sursat,Artım,Todaypress.tv,
