Kamçatkada son 30 ilin ən güclü qarı yağdı

Dünya

19.01.2026 16:27

Rusiyanın Kamçatka yarımadasında son 30 ilin ən güclü qar yağışı müşahidə olunur. Güclü qar  nəticəsində iki nəfərin həyatını itirdiyi bildirilir.

TodayPress TV "Anadolu Agentliyi"nə  istinadən xəbər verir ki, Kamçatkada qarın qalınlığı 1,5 metrə çatıb və bu göstəricinin artacağı gözlənilir.

Sosial mediada yayılan görüntülərdə şəhər küçələri və yaşayış məntəqələrinin qalın qar örtüyü altında qaldığı görünür.

Qar fırtınası səbəbindən bir sıra yaşayış məntəqələrində yollar bağlanıb. Kamçatka bölgəsinin paytaxtı Petropavlovsk-Kamçatskidə iki nəfərin ölməsindən sonra elan edilmiş fövqəladə vəziyyət qüvvədə saxlanılır.

Rusiya Fövqəladə Hallar Nazirliyi xilasetmə qruplarının qarla mübarizə apardığını və qar altında qalan evlərdəki sakinlərə çatmaq üçün tədbirlərin davam etdirildiyini bildirib.

“Fobos” Hava Mərkəzinin açıqlamasına əsasən, yaxın günlərdə qarın qalınlığının daha da artması istisna edilmir.

Jalə Rövşən 

TodayPress TV

tag: Kamçatka ,Rusiya,Qar ,Rusiya Fövqəladə Hallar Nazirliyi ,Todaypress.tv,