Jurnalist: “Aİ-nin qərarı Avropanın tənəzzülünü sürətləndirəcək”

Dünya

13.12.2025 13:00

“Avropa İttifaqının Rusiyanın aktivlərini qeyri-müəyyən müddətə bloklamaq qərarı Aİ-nin öz zəifləməsini daha da sürətləndirəcək”.

TodayPress TV xəbər verir ki, bu fikirləri britaniyalı jurnalist Conni Miller “X” sosial şəbəkəsində paylaşıb. 

O bildirib ki, Rusiyanın bu qərardan ciddi şəkildə narahat olacağını düşünmür. Jurnalistin sözlərinə görə, Rusiya müharibə şəraitindədir və Avropanın tənəzzülünü sürətləndirən hər bir addım Moskvanın maraqlarına cavab verir: 

“Məncə, Aİ Rusiyanın dondurulmuş aktivlərini oğurlasa belə, bu, Moskva üçün həlledici əhəmiyyət daşımayacaq. Avropalıların süqutunu sürətləndirən hər şey Rusiyanın maraqlarına uyğundur”.

Qeyd edək ki, Avropa İttifaqı Rusiyanın aktivlərinin Moskva Kiyevə təzminat ödəyənədək qeyri-müəyyən müddətə bloklanmasını təsdiqləyib. Əvvəllər bu vəsaitlərin müsadirəsinə qarşı çıxan Belçika da qərarı dəstəkləyib. Aİ rəhbərliyi aktivlərin ekspopriyasiyası ilə bağlı razılığı 18–19 dekabr tarixlərində keçiriləcək sammitdə əldə etməyi planlaşdırır.

Qiymət Mahir

TodayPress TV

tag: Conni Miller,Britaniyalı jurnalist,Avropa İttifaqı,Rusiya,Todaypress.tv,