İsrail Livanın cənubunu bombaladı
İsrail döyüş təyyarələri avqusun 20-dən 21-ə keçən gecə Livanın cənubundakı bir neçə əraziyə hava zərbələri endirib.
TodayPress TV xəbər verir ki, məlumata görə, hücumların hədəfi Əli əl-Tahir təpələri, əl-Dabşe və Duhat Kfar Reman arasındakı ərazi, həmçinin Nəbatiyyə əl-Fəvqanın şimal hissəsi olub.
Bundan əlavə, İsrail qüvvələri Livanın cənubunda bəzi əraziləri artilleriya atəşinə tutub. Əli əl-Tahir təpəsi də yenidən atəşə məruz qalıb.
Hücumlar nəticəsində ölən və yaralananlar, eləcə də dağıntılar barədə hələlik məlumat yoxdur.
Türkan İsgəndərli