İsrail dövlətindən "əcəl zəngi" - Ərdoğan Yaxın Şərqdə Osmanlı düzəni qurur
İran-İsrail müharibəsi dövründə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni təşəbbüslə çıxış edib.
TodayPress TV xəbər verir ki, iyunun 16-sı Ər-Riyadda Səudiyyə Ərəbistanının nəqliyyat naziri Saleh Əl-Cəsir ilə türkiyəli həmkarı Əbdülkadir Uraloğlu arasında memorandum imzalanıb.
Memoranduma görə, iki ölkə arasında yeni dəmir yolu dəhlizinin yaradılması nəzərdə tutulur.
Layihənin əsas məqsədi Hörmüz boğazından asılılığı azaltmaqdır. Əvvəllər yüklər dənizlə 30 günə daşınırdı, indi isə bu müddət quru yolla 14 gündən az vaxta düşəcək.