İraqda İtaliya bazası vuruldu
Dünya
12.03.2026 15:03
İraqın Ərbil şəhərindəki İtaliya bazasına raket zərbəsi endirilib, lakin hər hansı bir itki və ya xəsarət qeydə alınmayıb.
TodayPress TV "ANSA"ya istinadən xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Guido Crosetto məlumat verib.
"Ərbildəki bazamıza raket dəyib. İtaliyalı personal arasında itki və ya xəsarət alan olmayıb", - nazir bildirib.
Xarici İşlər naziri Antonio Tajani isə əlavə edib ki, bazanın digər ölkələrin obyektlərini də əhatə edən kompleksin bir hissəsi olub və raketin konkret kimə yönəldiyi hələ məlum deyil. Hazırda raketin İran ərazisindən, yoxsa İraqda fəaliyyət göstərən iranpərəst qruplardan atıldığı da aydın deyil.
Qeyd edək ki, Yaxın Şərqdə müxtəlif missiyalarda təxminən 2 000 italyan əsgəri xidmət edir. Onların təxminən 1 000-i BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) tərkibindədir.
Jalə Rövşən
tag: İraq,İtaliya ,Raket zərbəsi ,Guido Crosetto ,Todaypress.tv,
