Pezeşkian region ölkələrini birliyə çağırdı - "ABŞ-nin köməyinə ehtiyac yoxdur"

Pezeşkian region ölkələrini birliyə çağırdı - "ABŞ-nin köməyinə ehtiyac yoxdur"
27.10.2026 20:49 Dünya

İran, Rusiya və digər regional ölkələr ABŞ-nin müdaxiləsi olmadan regiondakı bütün məsələləri birgə həll edə bilərlər.

TodayPress TV xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Rusiya lideri Vladimir Putinlə görüşündə bildirib.

“Hamımız üçün faydalı olan çoxqütblü dünyanın formalaşdırılması istiqamətində çalışmalıyıq. Bu, bizə sizinlə, həmçinin müstəqil və azad qalmaq istəyən digər ölkələrlə qarşılıqlı əlaqə qurmaq imkanı verir. Açığını desəm, mənə elə gəlir ki, regionda mövcud olan bütün problemləri ABŞ-nin müdaxiləsi olmadan həll etmək üçün çalışa bilərik. Bütün problemləri özümüz həll edə bilərik. Amerikanın köməyinə ümid bəsləməyə ehtiyac yoxdur”, - deyə o vurğulayıb.

Pezeşkianın fikrincə, region ölkələri iqtisadiyyat, təhlükəsizlik və humanitar yardım da daxil olmaqla, bütün sahələrdə bir-birinə özləri kömək edə bilərlər.

Aysel Mətləb

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər