ABŞ Sakit okeanda növbəti qayığı vurdu, ölənlər var
ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində narkokartelin maraqları naminə istifadə edildiyi iddia olunan növbəti gəmini məhv ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.
“Qərb yarımkürəsindəki Birgə Əməliyyat Qrupu Sakit okeanın şərq hissəsində narkotiklərin qanunsuz dövriyyəsi üçün adətən istifadə olunan marşrutlarla hərəkət edən sürətli qayığa ölümcül silahlarla zərbə endirib. Təsdiqlənmiş kəşfiyyat məlumatlarına əsasən, gəmi birbaşa narkotik qaçaqmalçılığında iştirak edib. Əməliyyat zamanı beş narkoterrorçu məhv edilib”, – deyə bildirilib.
Aysel Mətləb