İsraildə seçki həyəcanı: Netanyahu üçün həlledici saatlar

İsraildə seçki həyəcanı: Netanyahu üçün həlledici saatlar
27.10.2026 22:35 Dünya

İsraildə keçirilən parlament seçkilərində səsvermə davam edir. Seçici fəallığı son 53 ilin ən yüksək səviyyəsinə çatıb.

TodayPress TV xəbər verir ki, yerli vaxtla saat 18:00-a olan məlumata əsasən, seçicilərin 66,7 faizi səsvermədə iştirak edib.

Bu göstərici 1973-cü ildən bəri eyni saatda qeydə alınan ən yüksək seçici fəallığıdır.

İsrail vətəndaşı olan fələstinlilərin əvvəlki seçkilərlə müqayisədə daha fəal iştirakı diqqət çəkir.

Məlumata görə, Baş nazir Benyamin Netanyahu və siyasi müttəfiqləri fələstinlilərə qarşı irqçi ittihamlardan istifadə edərək tərəfdarlarını səsverməyə səfərbər etməyə çalışırlar.

Səsvermə Türkiyə vaxtı ilə saat 23:00-da, Bakı vaxtı ilə isə gecə yarısı başa çatacaq.

Seçki məntəqələri bağlandıqdan dərhal sonra səsvermədən çıxış sorğularının nəticələri açıqlanacaq.

Kübra Musayeva

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər