Ukrayna müharibəsində yeni mərhələ: Hamı bu tarixi gözləyir

Ukrayna müharibəsində yeni mərhələ: Hamı bu tarixi gözləyir
27.10.2026 20:40 Dünya

Rusiya, Ukrayna və ABŞ arasında danışıqların noyabrın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi planlaşdırılır.

TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Guardian” nəşri məlumat yayıb.

Polşanın Baş naziri Donald Tusk bildirib ki, Finlandiya Prezidenti Aleksandr Stubbun Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra tərəflər əvvəlki mövqelərində qalıblar.

Bununla belə, Tuskun sözlərinə görə, Avropa nümayəndələri arasında danışıqların perspektivləri ilə bağlı ehtiyatlı nikbinlik yaranıb.

Polşanın Baş naziri vurğulayıb ki, Moskva ilə birbaşa təmasların bərpasına baxmayaraq, Avropa Ukraynaya dəstəyini davam etdirəcək.

Kübra Musayeva

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər