"Sabah" FIBA Çempionlar Liqasında Fransa klubuna qalib gəldi

"Sabah" FIBA Çempionlar Liqasında Fransa klubuna qalib gəldi
27.10.2026 22:01 İdman

"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasında növbəti oyununa çıxıb.

TodayPress TV xəbər verir ki, müntəzəm mövsümün III turunda Fransanın "Nanter 92" kollektivini qəbul edən Azərbaycan təmsilçisi 87:80 hesablı qələbə qazanıb.

Qarşılaşma Milli Gimnastika Arenasında keçirilib.

Xatırladaq ki, Azərbaycan çempionu I turda səfərdə "Ritas"a (Litva) 73:82, II turda "Trabzonspor"a 83:100 hesabı ilə uduzub.

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər