Futzal üzrə Çempionlar Liqası: “Araz-Naxçıvan” “Uypeşt”ə qalib gəldi
Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının 2026/2027 mövsümündəki ilk oyununda Macarıstan təmsilçisi “Uypeşt”ə qalib gəlib.
TodayPress TV xəbər verir ki, Polşadakı “Prezero Arena”da baş tutan görüş təmsilçimizin 5:4 hesablı qələbəsi ilə bitib.
“Qırmızı-ağlar”ın heyətində Oktay Rüstəmli het-trik edib. Digər qolları isə Fərid Ələkbərov və Kənan Manafov vurublar.
Komanda növbəti oyununu sabah Bosniya və Herseqovinanın “Buba Mara” kollektivinə qarşı keçirəcək. Sözügedən matç saat 17:30-da başlayacaq.