Diplomat küçədə zorla saxlanıldı - İrana XƏBƏRDARLIQ
Fransanın Tehrandakı səfirliyinin rəhbər müavininin İran təhlükəsizlik qüvvələri tərəfindən təhdid və sərt dindirməyə məruz qaldığı bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə AFP diplomatik mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, fransalı diplomat küçədə İran təhlükəsizlik qüvvələrinin əməkdaşları olduğu ehtimal edilən şəxslər tərəfindən zorla saxlanılıb. O, sərt şəkildə dindirildikdən sonra sərbəst buraxılıb.
Hadisə ilə əlaqədar İranın Parisdəki səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırılıb.
Fransa tərəfi İran hakimiyyətindən diplomatik heyətin və diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirlərin görülməsini tələb edib.
Fransa mediasının məlumatına görə, bu, son dörd ay ərzində Tehranda fransalı diplomatlarla bağlı baş verən ikinci belə hadisədir.
Bildirilir ki, insident Fransa ilə İran arasında münasibətlərin daha da gərginləşdiyini göstərir.
Kübra Musayeva