Türk dərin dövləti danışdı: “Qardaşlıq hər şeydən üstündür!”

Türk dərin dövləti danışdı: “Qardaşlıq hər şeydən üstündür!”
27.10.2026 20:21 Gündəm

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycan-Türkiyə qardaşlığının siyasi məsələlərdən üstün olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, Bağçalı Türkiyə Cümhuriyyətinin 103-cü, Türk respublikalarının müstəqilliyinin 35-ci ildönümü və Türk Dövlətləri Təşkilatının Ankara Zirvəsi münasibətilə yazılı açıqlama yayıb.

O qeyd edib ki, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri xalqların iradəsi və ortaq mübarizəsi nəticəsində möhkəmlənib. Bu birlik nəsillər boyu qorunub saxlanılıb.

MHP sədri Türk dünyasında fikir ayrılıqlarının dərinləşməsinə və mövcud ixtilafların daimi parçalanmaya çevrilməsinə yol verilməməsinin vacibliyini vurğulayıb.

Bağçalının sözlərinə görə, Türk dünyasının gücü qarşılıqlı etimadda, dövlətlərin müstəqilliyinə hörmətdə və ortaq məqsədlər ətrafında birliyin qorunmasındadır.

Kübra Musayeva

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər