Netanyahu üçün təhlükəli nəticə: Hakimiyyət əldən gedir?
İsraildə keçirilən parlament seçkilərinin qeyri-rəsmi ilkin nəticələri açıqlanıb.
TodayPress TV İsrail KİV-ə istinadən xəbər verir ki, müxtəlif sorğu agentliklərinin məlumatlarına və müşahidəçilərin araşdırmalarına əsasən, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası 27 mandatla öndədir.
İlkin nəticələrə görə, Qadi Eyzenkotun “Yaşar” partiyası 23, Naftali Bennett və Yair Lapidin birgə bloku isə 16 mandat qazana bilər.
Ərəb partiyalarının ümumilikdə 16 mandat əldə edəcəyi proqnozlaşdırılır. Bu göstərici rekord nəticə kimi qiymətləndirilir.
Avigdor Libermanın “Bizim ev İsrail” partiyasına 9, Yair Qolanın rəhbərlik etdiyi Demokratlar Partiyasına 7, İtamar Ben-Qvirin “Otzma Yehudit” partiyasına isə 6 mandat proqnozlaşdırılır.
Bundan başqa, ŞAS partiyasının 5, “Yahadut HaTora” və Bezalel Smotriçin “Tkuma” partiyalarının isə hər birinin 4 mandat əldə edəcəyi gözlənilir.
Qeyri-rəsmi hesablamalara əsasən, Netanyahu və müttəfiqləri ümumilikdə 47 mandat qazana bilər. Libermanın partiyası da bu bloka qoşularsa, mandatların sayı 56-ya çatacaq.
Müxalifətin isə 55 mandat əldə edəcəyi proqnozlaşdırılır.
Beləliklə, ilkin nəticələrə əsasən, nə Netanyahu bloku, nə də müxalifət hökumət qurmaq üçün tələb olunan 61 mandatlıq çoxluğu təmin edə bilir.
Kübra Musayeva