Putinlə Trampın razılaşmasının detalları açıqlandı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov dizel yanacağının tədarükü ilə bağlı razılaşmalarda heç bir siyasi və ya təhlükəsizlik şərtinin olmadığını bildirib.
TodayPress TV xəbər verir ki, Lavrov Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında baş tutan telefon danışığından sonra açıqlanan razılaşmaların sırf kommersiya xarakteri daşıdığını vurğulayıb.
Nazirin sözlərinə görə, dizel tədarükü qarşılığında hər hansı siyasi addımın atılması və ya təhlükəsizlik sahəsində öhdəlik götürülməsi nəzərdə tutulmayıb.
“Biz sizdən dizel alacağıq, siz də bunun müqabilində siyasi və ya təhlükəsizlik sahəsində, məsələn, Oman boğazında və ya başqa bir yerdə müəyyən addımlar atacaqsınız kimi heç bir şərt qoyulmayıb”, – deyə Lavrov bildirib.
Kübra Musayeva