“Bunlar siyasi mazoxistlərdir!” - Lavrov

“Bunlar siyasi mazoxistlərdir!” - Lavrov
27.10.2026 20:13 Dünya

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa ölkələrinin əsas məqsədinin Rusiyanı məğlub etmək olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, Lavrov Almaniya Kansleri Fridrix Mertsin son açıqlamasına münasibət bildirib.

Onun sözlərinə görə, Merts Avropa üçün əsas prioritetin Rusiya üzərində qələbə qazanmaq olduğunu bəyan edib.

“Merts bu yaxınlarda bildirdi ki, bizim üçün əsas məsələ nə Almaniya, nə Avropa İttifaqı, nə NATO, nə ABŞ, nə də Çindir. Əsas məsələ Rusiyanı məğlub etməkdir. Bunlar siyasi mazoxistlərdir”, – deyə Lavrov vurğulayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər