Rusiya-Ukrayna arasında atəşkəs zonası genişləndirildi

Rusiya-Ukrayna arasında atəşkəs zonası genişləndirildi
27.10.2026 23:36 Dünya

Rusiya və Ukrayna arasında atəşkəs zonası Xerson vilayətinin Oleşki şəhərinin hüdudlarından kənara qədər genişləndirilib.

TodayPress TV xəbər verir ki, bunu ABŞ-nin birinci xanımı Melaniya Tramp bəyan edib.

Onun sözlərinə görə, bu, humanitar karvanların təhlükəsiz keçidini təmin etmək məqsədi daşıyır. Atəşkəs rejimi oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-da (Bakı vaxtı ilə 05:00), nəzərdə tutulan vaxtdan iki gün əvvəl qüvvəyə minib.

“Tarixlər iki gün əvvələ çəkilib. Məqsəd mülki əhalinin təhlükəsizliyini təmin etmək və həyati əhəmiyyət daşıyan humanitar yardımın çatdırılmasını asanlaşdırmaqdır”, – deyə onun bəyanatında bildirilib.

Melaniya Tramp vurğulayıb ki, atəşkəs zonasının genişləndirilməsi humanitar karvanların təhlükəsiz keçidini təmin etməlidir. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov atəşkəs rejiminin qüvvəyə mindiyini təsdiqləyib.

Aysel Mətləb

XƏBƏR LENTİ
28 OKTYABR 2026
Bütün Xəbərlər